Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12   qeri  
  -1   [font9]   +1  
VAİZ 2 [Azerbaycan:NASB]   
 
  1. Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur.
  2. Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.
  3. Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
  4. Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım,
  5. özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.
  1. I said to myself, "Come now, I will test you with pleasure. So enjoy yourself." And behold, it too was futility.
  2. I said of laughter, "It is madness," and of pleasure, "What does it accomplish?"
  3. I explored with my mind how to stimulate my body with wine while my mind was guiding me wisely, and how to take hold of folly, until I could see what good there is for the sons of men to do under heaven the few years of their lives.
  4. I enlarged my works: I built houses for myself, I planted vineyards for myself;
  5. I made gardens and parks for myself and I planted in them all kinds of fruit trees;
 
 
  1. Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.
  2. Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi.
  3. Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
  4. Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.
  5. Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
  1. I made ponds of water for myself from which to irrigate a forest of growing trees.
  2. I bought male and female slaves and I had homeborn slaves Also I possessed flocks and herds larger than all who preceded me in Jerusalem.
  3. Also, I collected for myself silver and gold and the treasure of kings and provinces I provided for myself male and female singers and the pleasures of men--many concubines.
  4. Then I became great and increased more than all who preceded me in Jerusalem. My wisdom also stood by me.
  5. All that my eyes desired I did not refuse them I did not withhold my heart from any pleasure, for my heart was pleased because of all my labor and this was my reward for all my labor.
 
 
  1. Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur.
  2. Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki?
  3. Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür.
  4. Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur.
  5. Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”.
  1. Thus I considered all my activities which my hands had done and the labor which I had exerted, and behold all was vanity and striving after wind and there was no profit under the sun.
  2. So I turned to consider wisdom, madness and folly; for what will the man do who will come after the king except what has already been done?
  3. And I saw that wisdom excels folly as light excels darkness.
  4. The wise man's eyes are in his head, but the fool walks in darkness And yet I know that one fate befalls them both.
  5. Then I said to myself, "As is the fate of the fool, it will also befall me Why then have I been extremely wise?" So I said to myself, "This too is vanity."
 
 
  1. Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür!
  2. Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.
  3. Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm.
  4. Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur.
  5. Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm.
  1. For there is no lasting remembrance of the wise man as with the fool, inasmuch as in the coming days all will be forgotten And how the wise man and the fool alike die!
  2. So I hated life, for the work which had been done under the sun was grievous to me; because everything is futility and striving after wind.
  3. Thus I hated all the fruit of my labor for which I had labored under the sun, for I must leave it to the man who will come after me.
  4. And who knows whether he will be a wise man or a fool? Yet he will have control over all the fruit of my labor for which I have labored by acting wisely under the sun This too is vanity.
  5. Therefore I completely despaired of all the fruit of my labor for which I had labored under the sun.
 
 
  1. Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir.
  2. İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?
  3. Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
  4. İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır.
  5. Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər?
  1. When there is a man who has labored with wisdom, knowledge and skill, then he gives his legacy to one who has not labored with them. This too is vanity and a great evil.
  2. For what does a man get in all his labor and in his striving with which he labors under the sun?
  3. Because all his days his task is painful and grievous; even at night his mind does not rest. This too is vanity.
  4. There is nothing better for a man than to eat and drink and tell himself that his labor is good This also I have seen that it is from the hand of God.
  5. For who can eat and who can have enjoyment without Him?
 
 
  1. Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
  1. For to a person who is good in His sight He has given wisdom and knowledge and joy, while to the sinner He has given the task of gathering and collecting so that he may give to one who is good in God's sight This too is vanity and striving after wind.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.