Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12   qeri  
  -1   [font9]   +1  
VAİZ 4 [Azerbaycan:NIV]   
 
  1. Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi.
  2. Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım.
  3. Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib.
  4. Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
  5. Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür.
  1. Again I looked and saw all the oppression that was taking place under the sun: I saw the tears of the oppressed-- and they have no comforter; power was on the side of their oppressors-- and they have no comforter.
  2. And I declared that the dead, who had already died, are happier than the living, who are still alive.
  3. But better than both is he who has not yet been, who has not seen the evil that is done under the sun.
  4. And I saw that all labor and all achievement spring from man's envy of his neighbor. This too is meaningless, a chasing after the wind.
  5. The fool folds his hands and ruins himself.
 
 
  1. Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.
  2. Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:
  3. Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.
  4. İki adam bir adamdan yaxşıdır, Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
  5. Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur!
  1. Better one handful with tranquillity than two handfuls with toil and chasing after the wind.
  2. Again I saw something meaningless under the sun:
  3. There was a man all alone; he had neither son nor brother. There was no end to his toil, yet his eyes were not content with his wealth. "For whom am I toiling," he asked, "and why am I depriving myself of enjoyment?" This too is meaningless-- a miserable business!
  4. Two are better than one, because they have a good return for their work:
  5. If one falls down, his friend can help him up. But pity the man who falls and has no one to help him up!
 
 
  1. Həmçinin iki nəfər bir yerdə yatarsa, Bir-birini isidər. Amma tək yatan necə isinə bilər?
  2. Əgər bir nəfər tək qalıb məğlub olarsa, İki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz.
  3. Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır.
  4. Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər.
  5. Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir.
  1. Also, if two lie down together, they will keep warm. But how can one keep warm alone?
  2. Though one may be overpowered, two can defend themselves. A cord of three strands is not quickly broken.
  3. Better a poor but wise youth than an old but foolish king who no longer knows how to take warning.
  4. The youth may have come from prison to the kingship, or he may have been born in poverty within his kingdom.
  5. I saw that all who lived and walked under the sun followed the youth, the king's successor.
 
 
  1. Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
  1. There was no end to all the people who were before them. But those who came later were not pleased with the successor. This too is meaningless, a chasing after the wind.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.