|
- Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var?
- Fəhlə az da yesə, çox da yesə, Yuxusu şirindir. Amma varlı adamın dövləti qoymaz ki, O, rahat yatsın.
- Səma altında gördüyüm Başqa böyük dərd də var: Yığdığı sərvət sahibinə zərər gətirir,
- Bu sərvəti bədbəxt hadisələr yox edir, Sərvət sahibinin oğlu doğulanda Ona verməyə bir şeyi qalmır.
- Necə ki o, anasının bətnindən çılpaq doğulub, Eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən Heç nəyi əlinə götürüb Özü ilə apara bilmir.
|
|