- Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla.
- Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla.
- O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq.
- Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər.
- O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür.
|
- Remember also your Creator in the days of your youth, before the evil days come and the years draw near when you will say, "I have no delight in them";
- before the sun and the light, the moon and the stars are darkened, and clouds return after the rain;
- in the day that the watchmen of the house tremble, and mighty men stoop, the grinding ones stand idle because they are few, and those who look through windows grow dim;
- and the doors on the street are shut as the sound of the grinding mill is low, and one will arise at the sound of the bird, and all the daughters of song will sing softly.
- Furthermore, men are afraid of a high place and of terrors on the road; the almond tree blossoms, the grasshopper drags himself along, and the caperberry is ineffective. For man goes to his eternal home while mourners go about in the street.
|