|
- Bu nəğmələr nəğməsi Süleymanındır.
- Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır.
- Vurduğun ətrin qoxusu nə gözəldir, Adın belə, ətirqabıdan tökülən ətri xatırladır, Ona görə qızların sevimlisi olmusan.
- Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Sənə heyran olanlar haqlıdır.
- Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.
|
|