|
- Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
- Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
- Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.
- Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
- Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
|
|