Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8   qeri  
  -1   [font9]   +1  
NƏĞMƏLƏR NƏĞMƏSİ 3 [Azerbaycan:KJV]   
 
  1. Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim.
  2. Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim.
  3. Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
  4. Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım.
  5. Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
  1. By night on my bed I sought him whom my soul loveth: I sought him, but I found him not.
  2. I will rise now, and go about the city in the streets, and in the broad ways I will seek him whom my soul loveth: I sought him, but I found him not.
  3. The watchmen that go about the city found me: to whom I said, Saw ye him whom my soul loveth?
  4. It was but a little that I passed from them, but I found him whom my soul loveth: I held him, and would not let him go, until I had brought him into my mother's house, and into the chamber of her that conceived me.
  5. I charge you, O ye daughters of Jerusalem, by the roes, and by the hinds of the field, that ye stir not up, nor awake my love, till he please.
 
 
  1. Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir?
  2. Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.
  3. Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb.
  4. Taxt-rəvanını padşah Süleyman Livanın ağaclarından düzəltdirib.
  5. Sütunları gümüşdən, söykənəcəyi qızıldan, Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib, Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.
  1. Who is this that cometh out of the wilderness like pillars of smoke, perfumed with myrrh and frankincense, with all powders of the merchant?
  2. Behold his bed, which is Solomon's; threescore valiant men are about it, of the valiant of Israel.
  3. They all hold swords, being expert in war: every man hath his sword upon his thigh because of fear in the night.
  4. King Solomon made himself a chariot of the wood of Lebanon.
  5. He made the pillars thereof of silver, the bottom thereof of gold, the covering of it of purple, the midst thereof being paved with love, for the daughters of Jerusalem.
 
 
  1. Ey Sion qızları, çıxın, Padşah Süleymana baxın! O, toy günündə, ürəkdən sevindiyi gündə Başına anasının verdiyi tacı qoyub!
  1. Go forth, O ye daughters of Zion, and behold king Solomon with the crown wherewith his mother crowned him in the day of his espousals, and in the day of the gladness of his heart.
 
   
  irəli  1  2  3  4  5  6  7  8   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.