|
- Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim.
- Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim.
- Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
- Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım.
- Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
|
|