|
- Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.
- Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular.
- Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır».
- Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər.
- Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb.
|
|