- O gün yeddi qadın Bir kişinin yaxasından tutub belə deyəcək: «Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik, Təki adın üstümüzdə olsun, Bizi xəcalətdən qurtar».
- O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər.
- Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək.
- Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək.
- Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.
|
- In that day seven women will take hold of one man and say, "We will eat our own food and provide our own clothes; only let us be called by your name. Take away our disgrace!"
- In that day the Branch of the LORD will be beautiful and glorious, and the fruit of the land will be the pride and glory of the survivors in Israel.
- Those who are left in Zion, who remain in Jerusalem, will be called holy, all who are recorded among the living in Jerusalem.
- The Lord will wash away the filth of the women of Zion; he will cleanse the bloodstains from Jerusalem by a spirit of judgment and a spirit of fire.
- Then the LORD will create over all of Mount Zion and over those who assemble there a cloud of smoke by day and a glow of flaming fire by night; over all the glory will be a canopy.
|