Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 66   qeri  
  -1   [font9]   +1  
Isaiah 10 [NIV:Azerbaycan]   
 
  1. Woe to those who make unjust laws, to those who issue oppressive decrees,
  2. to deprive the poor of their rights and withhold justice from the oppressed of my people, making widows their prey and robbing the fatherless.
  3. What will you do on the day of reckoning, when disaster comes from afar? To whom will you run for help? Where will you leave your riches?
  4. Nothing will remain but to cringe among the captives or fall among the slain. Yet for all this, his anger is not turned away, his hand is still upraised.
  5. "Woe to the Assyrian, the rod of my anger, in whose hand is the club of my wrath!
  1. Haqsız qaydalar çıxaranların, Ədalətsiz qanun qoyanların,
  2. Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına!
  3. Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız?
  4. Dustaqlar arasında əyilməkdən Yaxud öldürülənlər arasında yıxılmaqdan Başqa bir çarə qalmayacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
  5. «Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir!
 
 
  1. I send him against a godless nation, I dispatch him against a people who anger me, to seize loot and snatch plunder, and to trample them down like mud in the streets.
  2. But this is not what he intends, this is not what he has in mind; his purpose is to destroy, to put an end to many nations.
  3. 'Are not my commanders all kings?' he says.
  4. 'Has not Calno fared like Carchemish? Is not Hamath like Arpad, and Samaria like Damascus?
  5. As my hand seized the kingdoms of the idols, kingdoms whose images excelled those of Jerusalem and Samaria-
  1. Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm.
  2. Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.
  3. O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
  4. Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
  5. Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə,
 
 
  1. shall I not deal with Jerusalem and her images as I dealt with Samaria and her idols?' "
  2. When the Lord has finished all his work against Mount Zion and Jerusalem, he will say, "I will punish the king of Assyria for the willful pride of his heart and the haughty look in his eyes.
  3. For he says: " 'By the strength of my hand I have done this, and by my wisdom, because I have understanding. I removed the boundaries of nations, I plundered their treasures; like a mighty one I subdued their kings.
  4. As one reaches into a nest, so my hand reached for the wealth of the nations; as men gather abandoned eggs, so I gathered all the countries; not one flapped a wing, or opened its mouth to chirp.' "
  5. Does the ax raise itself above him who swings it, or the saw boast against him who uses it? As if a rod were to wield him who lifts it up, or a club brandish him who is not wood!
  1. Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»
  2. Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.
  3. Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.
  4. Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».
  5. Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
 
 
  1. Therefore, the Lord, the LORD Almighty, will send a wasting disease upon his sturdy warriors; under his pomp a fire will be kindled like a blazing flame.
  2. The Light of Israel will become a fire, their Holy One a flame; in a single day it will burn and consume his thorns and his briers.
  3. The splendor of his forests and fertile fields it will completely destroy, as when a sick man wastes away.
  4. And the remaining trees of his forests will be so few that a child could write them down.
  5. In that day the remnant of Israel, the survivors of the house of Jacob, will no longer rely on him who struck them down but will truly rely on the LORD, the Holy One of Israel.
  1. Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq.
  2. İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
  3. Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq.
  4. Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq.
  5. O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.
 
 
  1. A remnant will return, a remnant of Jacob will return to the Mighty God.
  2. Though your people, O Israel, be like the sand by the sea, only a remnant will return. Destruction has been decreed, overwhelming and righteous.
  3. The Lord, the LORD Almighty, will carry out the destruction decreed upon the whole land.
  4. Therefore, this is what the Lord, the LORD Almighty, says: "O my people who live in Zion, do not be afraid of the Assyrians, who beat you with a rod and lift up a club against you, as Egypt did.
  5. Very soon my anger against you will end and my wrath will be directed to their destruction."
  1. Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək,
  2. Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
  3. Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək.
  4. Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma.
  5. Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
 
 
  1. The LORD Almighty will lash them with a whip, as when he struck down Midian at the rock of Oreb; and he will raise his staff over the waters, as he did in Egypt.
  2. In that day their burden will be lifted from your shoulders, their yoke from your neck; the yoke will be broken because you have grown so fat.
  3. They enter Aiath; they pass through Migron; they store supplies at Micmash.
  4. They go over the pass, and say, "We will camp overnight at Geba." Ramah trembles; Gibeah of Saul flees.
  5. Cry out, O Daughter of Gallim! Listen, O Laishah! Poor Anathoth!
  1. Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm.
  2. O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
  3. Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.
  4. Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
  5. Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot!
 
 
  1. Madmenah is in flight; the people of Gebim take cover.
  2. This day they will halt at Nob; they will shake their fist at the mount of the Daughter of Zion, at the hill of Jerusalem.
  3. See, the Lord, the LORD Almighty, will lop off the boughs with great power. The lofty trees will be felled, the tall ones will be brought low.
  4. He will cut down the forest thickets with an ax; Lebanon will fall before the Mighty One.
  1. Madmena sakinləri qaçır, Gevim sakinləri sığınacaq axtarır.
  2. Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək.
  3. Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq.
  4. Meşədəki kolluqları balta kimi Kəsib yerə sərəcək. Livan Qüdrətli Olanın önündə diz çökəcək.
 
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.