Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 10  11  12  13  14  15  16  17  18  19  20  21  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 16 [Azerbaycan:NASB]   
 
  1. Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.
  2. Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır.
  3. «Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə.
  4. Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,
  5. Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Hökm edərkən ədaləti axtaracaq, Tezliklə salehliyi yerinə yetirəcək.
  1. Send the tribute lamb to the ruler of the land, From Sela by way of the wilderness to the mountain of the daughter of Zion.
  2. Then, like fleeing birds or scattered nestlings, The daughters of Moab will be at the fords of the Arnon.
  3. "Give us advice, make a decision; Cast your shadow like night at high noon; Hide the outcasts, do not betray the fugitive.
  4. "Let the outcasts of Moab stay with you; Be a hiding place to them from the destroyer." For the extortioner has come to an end, destruction has ceased, Oppressors have completely disappeared from the land.
  5. A throne will even be established in lovingkindness, And a judge will sit on it in faithfulness in the tent of David; Moreover, he will seek justice And be prompt in righteousness.
 
 
  1. Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər.
  2. Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək.
  3. Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqları ki Yazerə qədər uzanardı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.
  4. Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Çünki yay meyvələrinizin və biçininizin üzərinə Döyüş nərəsi düşdü.
  5. Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim.
  1. We have heard of the pride of Moab, an excessive pride; Even of his arrogance, pride, and fury; His idle boasts are false.
  2. Therefore Moab will wail; everyone of Moab will wail. You will moan for the raisin cakes of Kir-hareseth As those who are utterly stricken.
  3. For the fields of Heshbon have withered, the vines of Sibmah as well; The lords of the nations have trampled down its choice clusters Which reached as far as Jazer and wandered to the deserts; Its tendrils spread themselves out and passed over the sea.
  4. Therefore I will weep bitterly for Jazer, for the vine of Sibmah; I will drench you with my tears, O Heshbon and Elealeh; For the shouting over your summer fruits and your harvest has fallen away.
  5. Gladness and joy are taken away from the fruitful field; In the vineyards also there will be no cries of joy or jubilant shouting, No treader treads out wine in the presses, For I have made the shouting to cease.
 
 
  1. Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.
  2. Moav xalqı səcdəgahlarına çıxaraq Boş yerə özünü yorur, Dua etmək üçün Müqəddəs məkanına gedəcək, Amma hər şey boş-boşunadır!
  3. Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur.
  4. İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».
  1. Therefore my heart intones like a harp for Moab And my inward feelings for Kir-hareseth.
  2. So it will come about when Moab presents himself, When he wearies himself upon his high place And comes to his sanctuary to pray, That he will not prevail.
  3. This is the word which the LORD spoke earlier concerning Moab.
  4. But now the LORD speaks, saying, "Within three years, as a hired man would count them, the glory of Moab will be degraded along with all his great population, and his remnant will be very small and impotent."
 
   
  irəli  1  . . . 10  11  12  13  14  15  16  17  18  19  20  21  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.