|
- Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək.
- Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq.
- Efrayimdə qalalı şəhər qalmayacaq, Dəməşqin hakimiyyəti yox olacaq, Sağ qalan Aramlıların qüvvəti İsrail övladlarının qüvvəti tək olacaq. Bunu Ordular Rəbbi bəyan edir.
- O gün Yaqub nəslinin əzəməti sönəcək, Hamısı bir dəri, bir sümük qalacaq;
- Biçinçi taxılı necə biçirsə, Başaqları əli ilə necə yığırsa, Refaim vadisində başaqları necə toplayırsa, Onlar da elə olacaq.
|
|