Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21  22  23  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 18 [Azerbaycan]   
 
  1. Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına!
  2. Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin!
  3. Ey bütün yer üzündə yaşayanlar! Ey dünya sakinləri! Dağların zirvəsinə bayraq dikələndə baxın! Şeypur çalınanda eşidin!
  4. Çünki Rəbb mənə belə deyir: «Günəş şüalarından yaranan qızmarlıq kimi, Biçin vaxtının istisində şeh buludu kimi Sakitcə məskənimdən baxacağam».
  5. Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl Üzümlər qora bağlayanda O, bağ qayçıları ilə pöhrələri kəsəcək, Şaxələnmiş budaqları qırıb atacaq.
 
 
  1. Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq.
  2. O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək.
 
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21  22  23  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.