Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 16  17  18  19  20  21  22  23  24  25  26  27  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 22 [Azerbaycan:NIV]   
 
  1. Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?
  2. Ey səs-küylü, əylənən, gurultulu şəhər, Öldürülənləriniz nə qılıncdan keçirildi, Nə də döyüşlərdə öldürüldü.
  3. Başçılarınız birlikdə qaçdı, Onlar kamanlarından ox atmamış yaxalandı. Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı.
  4. Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin».
  5. Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.
  1. An oracle concerning the Valley of Vision: What troubles you now, that you have all gone up on the roofs,
  2. O town full of commotion, O city of tumult and revelry? Your slain were not killed by the sword, nor did they die in battle.
  3. All your leaders have fled together; they have been captured without using the bow. All you who were caught were taken prisoner together, having fled while the enemy was still far away.
  4. Therefore I said, "Turn away from me; let me weep bitterly. Do not try to console me over the destruction of my people."
  5. The Lord, the LORD Almighty, has a day of tumult and trampling and terror in the Valley of Vision, a day of battering down walls and of crying out to the mountains.
 
 
  1. Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər. Kir sakinləri qalxanlarını açdılar.
  2. Ən gözəl vadilərin döyüş arabaları ilə doludur, Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər.
  3. Yəhudanın istehkamları deşik-deşik oldu, O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız.
  4. Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz, Aşağı hovuza su yığdınız.
  5. Yerusəlimdəki evləri saydınız, Şəhər divarının təmiri üçün evləri sökdünüz.
  1. Elam takes up the quiver, with her charioteers and horses; Kir uncovers the shield.
  2. Your choicest valleys are full of chariots, and horsemen are posted at the city gates;
  3. the defenses of Judah are stripped away. And you looked in that day to the weapons in the Palace of the Forest;
  4. you saw that the City of David had many breaches in its defenses; you stored up water in the Lower Pool.
  5. You counted the buildings in Jerusalem and tore down houses to strengthen the wall.
 
 
  1. Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.
  2. O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.
  3. Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.
  4. Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur.
  5. Ordular Rəbbi Xudavənd belə dedi: Dur, saray rəisi Şevnanın yanına get və de:
  1. You built a reservoir between the two walls for the water of the Old Pool, but you did not look to the One who made it, or have regard for the One who planned it long ago.
  2. The Lord, the LORD Almighty, called you on that day to weep and to wail, to tear out your hair and put on sackcloth.
  3. But see, there is joy and revelry, slaughtering of cattle and killing of sheep, eating of meat and drinking of wine! "Let us eat and drink," you say, "for tomorrow we die!"
  4. The LORD Almighty has revealed this in my hearing: "Till your dying day this sin will not be atoned for," says the Lord, the LORD Almighty.
  5. This is what the Lord, the LORD Almighty, says: "Go, say to this steward, to Shebna, who is in charge of the palace:
 
 
  1. «Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən?
  2. Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq,
  3. Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən!
  4. Səni vəzifəndən atacağam, Tutduğun yerindən qovacağam.
  5. O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb
  1. What are you doing here and who gave you permission to cut out a grave for yourself here, hewing your grave on the height and chiseling your resting place in the rock?
  2. "Beware, the LORD is about to take firm hold of you and hurl you away, O you mighty man.
  3. He will roll you up tightly like a ball and throw you into a large country. There you will die and there your splendid chariots will remain-- you disgrace to your master's house!
  4. I will depose you from your office, and you will be ousted from your position.
  5. "In that day I will summon my servant, Eliakim son of Hilkiah.
 
 
  1. Sənin geyimini ona geyindirəcəyəm, Sənin qurşağını onun belinə bağlayacağam, Səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq.
  2. Davud nəslinin açarını onun çiynindən asacağam, Açdığını heç kim bağlaya bilməyəcək, Bağladığını heç kim aça bilməyəcək.
  3. Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq.
  4. Bütün nəslinin şöhrəti onun üzərində olacaq. Nəslin və övladların şərəfi – Taslardan tabaqlaradək Bütün qab-qacaqların şöhrəti Onun üzərində olacaq».
  5. Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi.
  1. I will clothe him with your robe and fasten your sash around him and hand your authority over to him. He will be a father to those who live in Jerusalem and to the house of Judah.
  2. I will place on his shoulder the key to the house of David; what he opens no one can shut, and what he shuts no one can open.
  3. I will drive him like a peg into a firm place; he will be a seat of honor for the house of his father.
  4. All the glory of his family will hang on him: its offspring and offshoots--all its lesser vessels, from the bowls to all the jars.
  5. "In that day," declares the LORD Almighty, "the peg driven into the firm place will give way; it will be sheared off and will fall, and the load hanging on it will be cut down." The LORD has spoken.
 
   
  irəli  1  . . . 16  17  18  19  20  21  22  23  24  25  26  27  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.