|
- Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.
- O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.
- Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.
- Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur.
- Ordular Rəbbi Xudavənd belə dedi: Dur, saray rəisi Şevnanın yanına get və de:
|
|