Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 18  19  20  21  22  23  24  25  26  27  28  29  . . . 66   qeri  
  -1   [font9]   +1  
Isaiah 24 [NIV:Azerbaycan]   
 
  1. See, the LORD is going to lay waste the earth and devastate it; he will ruin its face and scatter its inhabitants-
  2. it will be the same for priest as for people, for master as for servant, for mistress as for maid, for seller as for buyer, for borrower as for lender, for debtor as for creditor.
  3. The earth will be completely laid waste and totally plundered. The LORD has spoken this word.
  4. The earth dries up and withers, the world languishes and withers, the exalted of the earth languish.
  5. The earth is defiled by its people; they have disobeyed the laws, violated the statutes and broken the everlasting covenant.
  1. Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq.
  2. Nə xalqla kahin arasında, Nə nökərlə ağası arasında, Nə qarabaşla xanımı arasında, Nə alıcı ilə satıcı arasında, Nə borc verənlə borc alan arasında Nə də sələmçi ilə borc alan arasında Heç bir fərq qoyulmayacaq.
  3. Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi.
  4. Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur.
  5. Dünyanı sakinləri murdar etdi, Çünki Allahın qanunlarını tapdaladı, Qaydalarına xor baxdı, Əbədi əhdi pozdu.
 
 
  1. Therefore a curse consumes the earth; its people must bear their guilt. Therefore earth's inhabitants are burned up, and very few are left.
  2. The new wine dries up and the vine withers; all the merrymakers groan.
  3. The gaiety of the tambourines is stilled, the noise of the revelers has stopped, the joyful harp is silent.
  4. No longer do they drink wine with a song; the beer is bitter to its drinkers.
  5. The ruined city lies desolate; the entrance to every house is barred.
  1. Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq.
  2. Təzə şərab qurtarır, meynələr solur, Nə vaxtsa fərəhlənən adamlar kədərlənir.
  3. Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir.
  4. Bir daha nəğmə oxuyub şərab içmirlər, İçkinin dadı içənə acı gəlir.
  5. Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir.
 
 
  1. In the streets they cry out for wine; all joy turns to gloom, all gaiety is banished from the earth.
  2. The city is left in ruins, its gate is battered to pieces.
  3. So will it be on the earth and among the nations, as when an olive tree is beaten, or as when gleanings are left after the grape harvest.
  4. They raise their voices, they shout for joy; from the west they acclaim the LORD's majesty.
  5. Therefore in the east give glory to the LORD; exalt the name of the LORD, the God of Israel, in the islands of the sea.
  1. Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar, Fərəhdən əsər-əlamət qalmadı. Dünyanın sevinci əsir aparıldı.
  2. Şəhər viranə qaldı, Darvazaları darmadağın oldu.
  3. Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq.
  4. Sağ qalanlar səslərini ucaldıb Sevinc ilahiləri söyləyəcək, Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.
  5. Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq, Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək.
 
 
  1. From the ends of the earth we hear singing: "Glory to the Righteous One." But I said, "I waste away, I waste away! Woe to me! The treacherous betray! With treachery the treacherous betray!"
  2. Terror and pit and snare await you, O people of the earth.
  3. Whoever flees at the sound of terror will fall into a pit; whoever climbs out of the pit will be caught in a snare. The floodgates of the heavens are opened, the foundations of the earth shake.
  4. The earth is broken up, the earth is split asunder, the earth is thoroughly shaken.
  5. The earth reels like a drunkard, it sways like a hut in the wind; so heavy upon it is the guilt of its rebellion that it falls--never to rise again.
  1. Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik: «Saleh Olana izzət olsun!» Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma! Xainlər xainliklərini davam edir, Bəli, xainlər xaincəsinə hərəkət edir!»
  2. Ey dünya sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!
  3. Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq.
  4. Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək!
  5. Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək.
 
 
  1. In that day the LORD will punish the powers in the heavens above and the kings on the earth below.
  2. They will be herded together like prisoners bound in a dungeon; they will be shut up in prison and be punished after many days.
  3. The moon will be abashed, the sun ashamed; for the LORD Almighty will reign on Mount Zion and in Jerusalem, and before its elders, gloriously.
  1. O gün Rəbb yuxarıda – göydəki orduları, Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq.
  2. Onlar yeraltı zindana dustaq kimi yığılacaq, Həbsxanada bağlı saxlanacaq, Uzun müddət keçəndən sonra cəzalanacaq.
  3. Ay qaralacaq, günəş işıq saçmayacaq. Çünki Ordular Rəbbi Sion dağında, Yerusəlimdə hökm sürəcək. Xalqın başçıları Onun əzəmətini görəcək.
 
   
  irəli  1  . . . 18  19  20  21  22  23  24  25  26  27  28  29  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.