|
- Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik: «Saleh Olana izzət olsun!» Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma! Xainlər xainliklərini davam edir, Bəli, xainlər xaincəsinə hərəkət edir!»
- Ey dünya sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!
- Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq.
- Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək!
- Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək.
|
|