Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 37  38  39  40  41  42  43  44  45  46  47  48  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 43 [Azerbaycan:NIV]   
 
  1. İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən.
  2. Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək.
  3. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam. Misiri sənin üçün fidyə, Kuş və Seva ölkələrini Sənin azadlığının əvəzinə verdim.
  4. Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə Səni sevdiyim üçün, Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm.
  5. Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam.
  1. But now, this is what the LORD says-- he who created you, O Jacob, he who formed you, O Israel: "Fear not, for I have redeemed you; I have summoned you by name; you are mine.
  2. When you pass through the waters, I will be with you; and when you pass through the rivers, they will not sweep over you. When you walk through the fire, you will not be burned; the flames will not set you ablaze.
  3. For I am the LORD, your God, the Holy One of Israel, your Savior; I give Egypt for your ransom, Cush and Seba in your stead.
  4. Since you are precious and honored in my sight, and because I love you, I will give men in exchange for you, and people in exchange for your life.
  5. Do not be afraid, for I am with you; I will bring your children from the east and gather you from the west.
 
 
  1. Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir.
  2. Mənim adımla çağırılan hər insanı, İzzətim üçün yaratdığım, Bəli, həyat verdiyim, Yaratdığım hər bir adamı gətir».
  3. Gözləri olan kor, Qulaqları olan kar xalqı gətir.
  4. Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür».
  5. Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduğumu anlayasınız. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq.
  1. I will say to the north, 'Give them up!' and to the south, 'Do not hold them back.' Bring my sons from afar and my daughters from the ends of the earth-
  2. everyone who is called by my name, whom I created for my glory, whom I formed and made."
  3. Lead out those who have eyes but are blind, who have ears but are deaf.
  4. All the nations gather together and the peoples assemble. Which of them foretold this and proclaimed to us the former things? Let them bring in their witnesses to prove they were right, so that others may hear and say, "It is true."
  5. "You are my witnesses," declares the LORD, "and my servant whom I have chosen, so that you may know and believe me and understand that I am he. Before me no god was formed, nor will there be one after me.
 
 
  1. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.
  2. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, Aranızda başqa allahlar yox idi. Sizsiniz şahidlərim». Rəbb bəyan edir, «Allah Mənəm.
  3. Əzəldən bəri Mən Oyam, Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?»
  4. Sizi Satınalan, İsrailin Müqəddəsi, Rəbb belə deyir: «Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm, Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq.
  5. Mən Rəbbəm, sizin Müqəddəsinizəm, İsraili yaradanam, Padşahınızam».
  1. I, even I, am the LORD, and apart from me there is no savior.
  2. I have revealed and saved and proclaimed-- I, and not some foreign god among you. You are my witnesses," declares the LORD, "that I am God.
  3. Yes, and from ancient days I am he. No one can deliver out of my hand. When I act, who can reverse it?"
  4. This is what the LORD says-- your Redeemer, the Holy One of Israel: "For your sake I will send to Babylon and bring down as fugitives all the Babylonians, in the ships in which they took pride.
  5. I am the LORD, your Holy One, Israel's Creator, your King."
 
 
  1. Dənizdə və azğın sularda yol, riz açan,
  2. Atlarla döyüş arabalarını, İgid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir: «Onlar yıxılıb, qalxa bilməyəcək, Basdırılıb piltə kimi söndürüldü.
  3. Əvvəlki şeyləri yada salmayın, Köhnə hadisələr barəsində düşünməyin.
  4. Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam.
  5. Mənim seçdiyim xalqıma su içirtmək üçün Çöllükdə su verdiyimə görə, Quru torpaqda çaylar yaratdığıma görə, Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq.
  1. This is what the LORD says-- he who made a way through the sea, a path through the mighty waters,
  2. who drew out the chariots and horses, the army and reinforcements together, and they lay there, never to rise again, extinguished, snuffed out like a wick:
  3. "Forget the former things; do not dwell on the past.
  4. See, I am doing a new thing! Now it springs up; do you not perceive it? I am making a way in the desert and streams in the wasteland.
  5. The wild animals honor me, the jackals and the owls, because I provide water in the desert and streams in the wasteland, to give drink to my people, my chosen,
 
 
  1. Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
  2. Lakin sən, ey Yaqub nəsli, Mənim adımı çağırmadın, Ey İsrail, Məndən bezdin.
  3. Yandırma qurbanı üçün Mənə quzular gətirmədin, Qurbanlarınla Mənə ehtiram etmədin. Sənə təqdimlərə görə əziyyət vermədim, Kündür təqdimləri ilə bezdirmədim.
  4. Mənim üçün pulla ətirli qamış almadın, Qurbanların piyi ilə Məni doydurmadın. Əksinə, sən günahlarını Mənə yüklədin, Təqsirlərinlə Məni yordun.
  5. Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
  1. the people I formed for myself that they may proclaim my praise.
  2. "Yet you have not called upon me, O Jacob, you have not wearied yourselves for me, O Israel.
  3. You have not brought me sheep for burnt offerings, nor honored me with your sacrifices. I have not burdened you with grain offerings nor wearied you with demands for incense.
  4. You have not bought any fragrant calamus for me, or lavished on me the fat of your sacrifices. But you have burdened me with your sins and wearied me with your offenses.
  5. "I, even I, am he who blots out your transgressions, for my own sake, and remembers your sins no more.
 
 
  1. Yadıma sal, gəl mühakiməyə gedək, Bəraət qazanmaq üçün məhkəmədə işindən danış.
  2. İlk əcdadların günaha batdı, Rəhbərlərin Mənə qarşı üsyankar oldu.
  3. Buna görə də Mən İbadətgahın rəhbərlərini murdarlığa vadar etdim. Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum etdim.
  1. Review the past for me, let us argue the matter together; state the case for your innocence.
  2. Your first father sinned; your spokesmen rebelled against me.
  3. So I will disgrace the dignitaries of your temple, and I will consign Jacob to destruction and Israel to scorn.
 
   
  irəli  1  . . . 37  38  39  40  41  42  43  44  45  46  47  48  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.