Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 40  41  42  43  44  45  46  47  48  49  50  51  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 46 [Azerbaycan:NIV]   
 
  1. «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu.
  2. Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.
  3. Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram.
  4. Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
  5. Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
  1. Bel bows down, Nebo stoops low; their idols are borne by beasts of burden. The images that are carried about are burdensome, a burden for the weary.
  2. They stoop and bow down together; unable to rescue the burden, they themselves go off into captivity.
  3. "Listen to me, O house of Jacob, all you who remain of the house of Israel, you whom I have upheld since you were conceived, and have carried since your birth.
  4. Even to your old age and gray hairs I am he, I am he who will sustain you. I have made you and I will carry you; I will sustain you and I will rescue you.
  5. "To whom will you compare me or count me equal? To whom will you liken me that we may be compared?
 
 
  1. Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir!
  2. Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır.
  3. Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın!
  4. Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur!
  5. Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
  1. Some pour out gold from their bags and weigh out silver on the scales; they hire a goldsmith to make it into a god, and they bow down and worship it.
  2. They lift it to their shoulders and carry it; they set it up in its place, and there it stands. From that spot it cannot move. Though one cries out to it, it does not answer; it cannot save him from his troubles.
  3. "Remember this, fix it in mind, take it to heart, you rebels.
  4. Remember the former things, those of long ago; I am God, and there is no other; I am God, and there is none like me.
  5. I make known the end from the beginning, from ancient times, what is still to come. I say: My purpose will stand, and I will do all that I please.
 
 
  1. Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm.
  2. Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!
  3. Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.
  1. From the east I summon a bird of prey; from a far-off land, a man to fulfill my purpose. What I have said, that will I bring about; what I have planned, that will I do.
  2. Listen to me, you stubborn-hearted, you who are far from righteousness.
  3. I am bringing my righteousness near, it is not far away; and my salvation will not be delayed. I will grant salvation to Zion, my splendor to Israel.
 
   
  irəli  1  . . . 40  41  42  43  44  45  46  47  48  49  50  51  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.