|
- Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər.
- Bir cüt dəyirman daşı götür, unu üyüt. Örpəyini aç, balağını qaldır, Baldırların açıb çaylardan keç.
- Çılpaqlığın açılacaq, ayıb yerin görünəcək. Mən intiqam alacağam, Heç kimi əsirgəməyəcəyəm».
- Bizi Satınalan İsrailin Müqəddəsidir, Onun adı Ordular Rəbbidir.
- Rəbb deyir: «Ey Xaldey qızı, Qaranlığa çəkil, sakitcə otur! Çünki bundan sonra səni daha Padşahlıqların mələkəsi çağırmayacaqlar!
|
|