Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 43  44  45  46  47  48  49  50  51  52  53  54  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 49 [Azerbaycan:NASB]   
 
  1. Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, Ana bətnindən adımı yadına saldı.
  2. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı.
  3. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm».
  4. Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır».
  5. Rəbb məni qulu etmək üçün Ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, Qüdrətim Allahım oldu. Rəbb indi belə deyir.
  1. Listen to Me, O islands, And pay attention, you peoples from afar The LORD called Me from the womb; From the body of My mother He named Me.
  2. He has made My mouth like a sharp sword, In the shadow of His hand He has concealed Me; And He has also made Me a select arrow, He has hidden Me in His quiver.
  3. He said to Me, "You are My Servant, Israel, In Whom I will show My glory."
  4. But I said, "I have toiled in vain, I have spent My strength for nothing and vanity; Yet surely the justice due to Me is with the LORD, And My reward with My God."
  5. And now says the LORD, who formed Me from the womb to be His Servant, To bring Jacob back to Him, so that Israel might be gathered to Him (For I am honored in the sight of the LORD, And My God is My strength),
 
 
  1. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
  2. Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək».
  3. Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, Xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, Dağılmış ölkəni bərpa edəsən, İrs olaraq yenə sahiblərinə verəsən.
  4. Dustaqlara “çıxın”, Zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, Hər çılpaq təpədə otlaq tapacaq.
  5. Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək.
  1. He says, "It is too small a thing that You should be My Servant To raise up the tribes of Jacob and to restore the preserved ones of Israel; I will also make You a light of the nations So that My salvation may reach to the end of the earth."
  2. Thus says the LORD, the Redeemer of Israel and its Holy One, To the despised One, To the One abhorred by the nation, To the Servant of rulers, "Kings will see and arise, Princes will also bow down, Because of the LORD who is faithful, the Holy One of Israel who has chosen You."
  3. Thus says the LORD, "In a favorable time I have answered You, And in a day of salvation I have helped You; And I will keep You and give You for a covenant of the people, To restore the land, to make them inherit the desolate heritages;
  4. Saying to those who are bound, 'Go forth,' To those who are in darkness, 'Show yourselves ' Along the roads they will feed, And their pasture will be on all bare heights.
  5. "They will not hunger or thirst, Nor will the scorching heat or sun strike them down; For He who has compassion on them will lead them And will guide them to springs of water.
 
 
  1. Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm.
  2. Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək».
  3. Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək.
  4. Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu».
  5. Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
  1. "I will make all My mountains a road, And My highways will be raised up.
  2. "Behold, these will come from afar; And lo, these will come from the north and from the west, And these from the land of Sinim."
  3. Shout for joy, O heavens! And rejoice, O earth! Break forth into joyful shouting, O mountains! For the LORD has comforted His people And will have compassion on His afflicted.
  4. But Zion said, "The LORD has forsaken me, And the Lord has forgotten me."
  5. "Can a woman forget her nursing child And have no compassion on the son of her womb? Even these may forget, but I will not forget you.
 
 
  1. Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.
  2. Oğulların tələsib yanına gələcək, Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.
  3. Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən!
  4. Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq.
  5. Sənin sürgündə doğulmuş övladların Səsini ucaldıb belə deyəcək: “Bu yer bizim üçün dar gəlir, Yaşamaq üçün bizə yer ver”.
  1. "Behold, I have inscribed you on the palms of My hands; Your walls are continually before Me.
  2. "Your builders hurry; Your destroyers and devastators Will depart from you.
  3. "Lift up your eyes and look around; All of them gather together, they come to you As I live," declares the LORD, "You will surely put on all of them as jewels and bind them on as a bride.
  4. "For your waste and desolate places and your destroyed land-- Surely now you will be too cramped for the inhabitants, And those who swallowed you will be far away.
  5. "The children of whom you were bereaved will yet say in your ears, 'The place is too cramped for me; Make room for me that I may live here.'
 
 
  1. Sən qəlbində deyəcəksən: “Axı bunları mənim üçün kim doğdu? Övladlarım itkin düşmüşdü, sonsuz oldum, Sürgün edilmişdim, qovulmuşdum. Belə isə bunları kim böyütdü? Mən tək-tənha qalmışdım, Bəs bunlar haradan gəlib-çıxdı?”»
  2. Xudavənd Rəbb belə deyir: «Budur, Mən əlimi millətlərə Bir işarə kimi uzadacağam, Bayrağımı xalqlar arasında qaldıracağam. Onlar sənin oğullarını qucağında, Qızlarını çiyinlərində gətirəcək.
  3. Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
  4. Məgər güclünün əlindən qənimət alına bilərmi? Zorakının əlindən əsirlər qurtula bilərmi?
  5. Amma Rəbb belə deyir: «Bəli, güclünün əlindən əsirlər də alına bilər, Zorakının əlindən qənimət də götürülə bilər, Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm, Övladlarını Mən qurtaracağam.
  1. "Then you will say in your heart, 'Who has begotten these for me, Since I have been bereaved of my children And am barren, an exile and a wanderer? And who has reared these? Behold, I was left alone; From where did these come?'"
  2. Thus says the Lord GOD, "Behold, I will lift up My hand to the nations And set up My standard to the peoples; And they will bring your sons in their bosom, And your daughters will be carried on their shoulders.
  3. "Kings will be your guardians, And their princesses your nurses They will bow down to you with their faces to the earth And lick the dust of your feet; And you will know that I am the LORD; Those who hopefully wait for Me will not be put to shame.
  4. "Can the prey be taken from the mighty man, Or the captives of a tyrant be rescued?"
  5. Surely, thus says the LORD, "Even the captives of the mighty man will be taken away, And the prey of the tyrant will be rescued; For I will contend with the one who contends with you, And I will save your sons.
 
 
  1. Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».
  1. "I will feed your oppressors with their own flesh, And they will become drunk with their own blood as with sweet wine; And all flesh will know that I, the LORD, am your Savior And your Redeemer, the Mighty One of Jacob."
 
   
  irəli  1  . . . 43  44  45  46  47  48  49  50  51  52  53  54  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.