|
- Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu.
- Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.
- Mənəm göyləri zülmətə bürüyən, Oranı çulla örtən».
- Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.
- Xudavənd Rəbb qulağımı açdı, Mən qarşı durmadım, geri çəkilmədim.
|
|