|
- Ey salehliyi arayanlar, Rəbbi axtaranlar, Məni dinləyin! Yonulduğunuz qayaya, Çıxarıldığınız çuxurun dərinliyinə baxın.
- Atanız İbrahimə, sizi doğan Saraya baxın! Mən onu tək çağırdım, xeyir-dua verdim, Nəslini artırdım.
- Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq.
- Ey xalqım, Məni dinlə, Ey ümmətim, Məni eşit! Qanun Məndən çıxacaq, Ədalətimi nur tək Xalqlara ehsan edəcəyəm.
- Salehliyim yaxındır, qurtuluşum gəlir, Xalqları Öz gücümlə mühakimə edəcəyəm. Uzaq diyarlar Mənə bel bağlayır, Qüvvətimə ümid edir.
|
|