|
- Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri
- Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq».
- İsrailin əsir düşmüş övladlarını toplayan Xudavənd Rəbb belə bəyan edir: «Mən hələ toplanmışların yanına başqalarını da yığacağam».
- Ey bütün çöl heyvanları, Ey bütün meşə heyvanları, Gəlin yeməyə!
- Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər!
|
|