|
- Onların toxuduğu hörümçək torundan paltar çıxmaz, Toxuduqları parça ilə özlərini örtə bilmirlər. Elədikləri əməllər şər əməllərdir, Əllərində zorakılıq işləri var.
- Ayaqları pis işlər etməyə tələsir, Günahsız qan tökməyə cəlddir. Fikirləri, niyyətləri şər əməllərdir, Yollarında viranəlik, qırğın var.
- Əmin-amanlıq yolu nədir, onlar bilmirlər, Getdikləri yolda ədalət yoxdur, Özlərinə əyri yol seçdilər, O yoldan gedənlərin heç biri Əmin-amanlıq nədir bilmir.
- Buna görə ədalət bizdən uzaqlaşıb, Salehliyə çata bilmirik. İşıq ümidindəyik, lakin qaranlıqdayıq, Aydınlıq gözləyirik, zülmətdə yeriyirik.
- Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik.
|
|