Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 54  55  56  57  58  59  60  61  62  63  64  65  . . . 66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 60 [Azerbaycan:NIV]   
 
  1. Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!
  2. Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək.
  3. Millətlər sənin nuruna, Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək.
  4. Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir.
  5. O vaxt bunu görüb üzün nur saçacaq, Ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, Millətlərin sərvəti sənə gələcək.
  1. "Arise, shine, for your light has come, and the glory of the LORD rises upon you.
  2. See, darkness covers the earth and thick darkness is over the peoples, but the LORD rises upon you and his glory appears over you.
  3. Nations will come to your light, and kings to the brightness of your dawn.
  4. "Lift up your eyes and look about you: All assemble and come to you; your sons come from afar, and your daughters are carried on the arm.
  5. Then you will look and be radiant, your heart will throb and swell with joy; the wealth on the seas will be brought to you, to you the riches of the nations will come.
 
 
  1. Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.
  2. Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm.
  3. Kimdir bunlar, bulud kimi, Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər?
  4. Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə Tarşiş gəmiləri başda olmaqla Allahın Rəbbin şərəfinə, Səni ucaldan İsrailin Müqəddəsi üçün Sənin övladlarını qızıl-gümüşü ilə Uzaqdan gətirən gəmilərdir bunlar.
  5. Əcnəbilər divarlarını tikəcək, Padşahları sənə xidmət edəcək. Qəzəbimdə səni vurdumsa da, Lütfümlə sənə mərhəmət edəcəyəm.
  1. Herds of camels will cover your land, young camels of Midian and Ephah. And all from Sheba will come, bearing gold and incense and proclaiming the praise of the LORD.
  2. All Kedar's flocks will be gathered to you, the rams of Nebaioth will serve you; they will be accepted as offerings on my altar, and I will adorn my glorious temple.
  3. "Who are these that fly along like clouds, like doves to their nests?
  4. Surely the islands look to me; in the lead are the ships of Tarshish, bringing your sons from afar, with their silver and gold, to the honor of the LORD your God, the Holy One of Israel, for he has endowed you with splendor.
  5. "Foreigners will rebuild your walls, and their kings will serve you. Though in anger I struck you, in favor I will show you compassion.
 
 
  1. Darvazaların həmişə açıq qalacaq, Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki, Millətlərin sərvəti sənə təqdim olunsun, Padşahları yanına gətirilsin.
  2. Çünki sənə xidmət etmək istəməyən Millət ya padşahlıq məhv olacaq, Bəli, o millətlər tamamilə yox olacaq.
  3. Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
  4. Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər.
  5. Səni tərk edib nifrət etdilər, Yanından heç kim keçmirdi, İndi isə Mən səni əbədi fəxr, Nəsillər boyu sevinc edəcəyəm.
  1. Your gates will always stand open, they will never be shut, day or night, so that men may bring you the wealth of the nations-- their kings led in triumphal procession.
  2. For the nation or kingdom that will not serve you will perish; it will be utterly ruined.
  3. "The glory of Lebanon will come to you, the pine, the fir and the cypress together, to adorn the place of my sanctuary; and I will glorify the place of my feet.
  4. The sons of your oppressors will come bowing before you; all who despise you will bow down at your feet and will call you the City of the LORD, Zion of the Holy One of Israel.
  5. "Although you have been forsaken and hated, with no one traveling through, I will make you the everlasting pride and the joy of all generations.
 
 
  1. Millətlər və padşahlar Bir ana kimi sənə süd verəcəklər. O vaxt biləcəksən ki, səni qurtaran Rəbb, Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
  2. Sənə tunc əvəzinə qızıl, Dəmir yerinə gümüş, Ağac yerinə tunc, Daş əvəzinə dəmir gətirəcəyəm. Əmin-amanlığı başçın, Salehliyi hökmdarın təyin edəcəyəm.
  3. Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan.
  4. Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq.
  5. Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq.
  1. You will drink the milk of nations and be nursed at royal breasts. Then you will know that I, the LORD, am your Savior, your Redeemer, the Mighty One of Jacob.
  2. Instead of bronze I will bring you gold, and silver in place of iron. Instead of wood I will bring you bronze, and iron in place of stones. I will make peace your governor and righteousness your ruler.
  3. No longer will violence be heard in your land, nor ruin or destruction within your borders, but you will call your walls Salvation and your gates Praise.
  4. The sun will no more be your light by day, nor will the brightness of the moon shine on you, for the LORD will be your everlasting light, and your God will be your glory.
  5. Your sun will never set again, and your moon will wane no more; the LORD will be your everlasting light, and your days of sorrow will end.
 
 
  1. Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir.
  2. Ən kiçik ailədən böyük nəsil törəyəcək, Azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm.
  1. Then will all your people be righteous and they will possess the land forever. They are the shoot I have planted, the work of my hands, for the display of my splendor.
  2. The least of you will become a thousand, the smallest a mighty nation. I am the LORD; in its time I will do this swiftly."
 
   
  irəli  1  . . . 54  55  56  57  58  59  60  61  62  63  64  65  . . . 66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.