|
- Millətlər və padşahlar Bir ana kimi sənə süd verəcəklər. O vaxt biləcəksən ki, səni qurtaran Rəbb, Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
- Sənə tunc əvəzinə qızıl, Dəmir yerinə gümüş, Ağac yerinə tunc, Daş əvəzinə dəmir gətirəcəyəm. Əmin-amanlığı başçın, Salehliyi hökmdarın təyin edəcəyəm.
- Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan.
- Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq.
- Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq.
|
|