|
- Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,
- Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün,
- Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
- Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.
- Yadellilər gəlib sürülərinizi otaracaq, Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
|
|