|
- Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan».
- Nə üçün geyimlərin qırmızıdır, Nə üçün libasın al rəngdədir, Sanki sən üzümsıxanda üzüm sıxırdın?
- «Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım.
- Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi.
- Mən baxdım, kömək edən bir kəs yox idi, Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım, Onda qolum mənə zəfər gətirdi, Qeyzim mənə dayaq oldu.
|
|