Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 60  61  62  63  64  65  66   qeri  
  -1   [font9]   +1  
YEŞAYA 66 [Azerbaycan:NASB]   
 
  1. Rəbb belə deyir: «Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq?
  2. Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram.
  3. Buğa kəsən şəxs adam öldürən kimidir, Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir, Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir, Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir. Onlar öz yolları ilə gedir, İyrənc işlərindən həzz alır.
  4. Mən də onları çətinliyə düçar edəcəyəm, Qorxduqları bəlanı başlarına gətirəcəyəm. Çünki Mən çağıranda onlardan cavab almadım, Danışanda qulaq asmadılar, Gözümdə pis olanı etdilər, Mənə məqbul olmayanı seçdilər».
  5. Ey Rəbbin sözü önündə titrəyənlər, Onun dediklərini eşidin: «Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız “Qoy Rəbb izzətini göstərsin, Biz də görək, necə sevinərsiniz” deyirdilər. Amma onlar rüsvay olacaq.
  1. Thus says the LORD, "Heaven is My throne and the earth is My footstool Where then is a house you could build for Me? And where is a place that I may rest?
  2. "For My hand made all these things, Thus all these things came into being," declares the LORD "But to this one I will look, To him who is humble and contrite of spirit, and who trembles at My word.
  3. "But he who kills an ox is like one who slays a man; He who sacrifices a lamb is like the one who breaks a dog's neck; He who offers a grain offering is like one who offers swine's blood; He who burns incense is like the one who blesses an idol As they have chosen their own ways, And their soul delights in their abominations,
  4. So I will choose their punishments And will bring on them what they dread Because I called, but no one answered; I spoke, but they did not listen And they did evil in My sight And chose that in which I did not delight."
  5. Hear the word of the LORD, you who tremble at His word: "Your brothers who hate you, who exclude you for My name's sake, Have said, 'Let the LORD be glorified, that we may see your joy ' But they will be put to shame.
 
 
  1. Şəhərdən nərələr, Məbəddən bir səs eşidilir! Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir.
  2. Bir qadın ağrı çəkmədən, Sancısı tutmadan bir oğlan uşağı doğdu.
  3. Belə bir şey eşidən olubmu? Belə şeyləri kim görüb? Bir gündə ölkə yarana bilərmi? Bir anda millət doğula bilərmi? Sion isə ağrısı tutan kimi övladlarını doğdu.
  4. Mən doğuş anınadək gətirib Doğmağa güc vermərəmmi?» deyir Rəbb. «Doğuş üçün güc verən Mən Bətni bağlayarammı?» deyir Allahın.
  5. «Yerusəlimlə birgə sevinin, Ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, Onunla birgə cuşa gəlin, fərəhlənin!
  1. "A voice of uproar from the city, a voice from the temple, The voice of the LORD who is rendering recompense to His enemies.
  2. "Before she travailed, she brought forth; Before her pain came, she gave birth to a boy.
  3. "Who has heard such a thing? Who has seen such things? Can a land be born in one day? Can a nation be brought forth all at once? As soon as Zion travailed, she also brought forth her sons.
  4. "Shall I bring to the point of birth and not give delivery?" says the LORD. "Or shall I who gives delivery shut the womb?" says your God.
  5. "Be joyful with Jerusalem and rejoice for her, all you who love her; Be exceedingly glad with her, all you who mourn over her,
 
 
  1. Siz ananız Yerusəlimin döşlərini əmib Təsəlli tapacaqsınız, doyacaqsınız, Onun bol nemətlərindən dadıb zövq alacaqsınız».
  2. Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, Millətlərin sərvətini daşqın sel kimi Ona sarı axıdacağam. Siz ondan bəslənəcəksiniz, Qucağında daşınacaqsınız, Dizlərində oxşanacaqsınız.
  3. Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm. Yerusəlimdə təsəlli tapacaqsınız.
  4. Bunları görüb ürəyiniz sevinəcək; Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, Qəzəbi isə düşmənlərinin üstündədir».
  5. Budur, Rəbb odla gəlir, Onun döyüş arabaları qasırğa tək gəlir. Şiddətli qəzəbini, məzəmmətini Alov kimi tökməyə hazırdır.
  1. That you may nurse and be satisfied with her comforting breasts, That you may suck and be delighted with her bountiful bosom."
  2. For thus says the LORD, "Behold, I extend peace to her like a river, And the glory of the nations like an overflowing stream; And you will be nursed, you will be carried on the hip and fondled on the knees.
  3. "As one whom his mother comforts, so I will comfort you; And you will be comforted in Jerusalem."
  4. Then you will see this, and your heart will be glad, And your bones will flourish like the new grass; And the hand of the LORD will be made known to His servants, But He will be indignant toward His enemies.
  5. For behold, the LORD will come in fire And His chariots like the whirlwind, To render His anger with fury, And His rebuke with flames of fire.
 
 
  1. Rəbb bütün bəşəri odla, Qılıncı ilə mühakimə edəcək, Çoxlarını məhv edəcək.
  2. «Bağlara girmək üçün Özlərini təqdis edib pak edənlər, Mərkəzdə duranın ardınca gedərək Donuz, siçan və digər murdar heyvanların Ətini yeyənlərin hamısı məhv olacaq» Rəbb bəyan edir.
  3. «Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək.
  4. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.
  5. İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək.
  1. For the LORD will execute judgment by fire And by His sword on all flesh, And those slain by the LORD will be many.
  2. "Those who sanctify and purify themselves to go to the gardens, Following one in the center, Who eat swine's flesh, detestable things and mice, Will come to an end altogether," declares the LORD.
  3. "For I know their works and their thoughts; the time is coming to gather all nations and tongues. And they shall come and see My glory.
  4. "I will set a sign among them and will send survivors from them to the nations: Tarshish, Put, Lud, Meshech, Tubal and Javan, to the distant coastlands that have neither heard My fame nor seen My glory And they will declare My glory among the nations.
  5. "Then they shall bring all your brethren from all the nations as a grain offering to the LORD, on horses, in chariots, in litters, on mules and on camels, to My holy mountain Jerusalem," says the LORD, "just as the sons of Israel bring their grain offering in a clean vessel to the house of the LORD.
 
 
  1. Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.
  2. «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa, Nəsliniz və adınız da elə qalacaq» Rəbb bəyan edir.
  3. «Hər Təzə Ay mərasimində, hər Şənbə günündə Bütün bəşər gəlib qarşımda səcdə edəcək». Rəbb deyir.
  4. «Onlar eşiyə çıxanda Mənə qarşı üsyankar olanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, Onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək».
  1. "I will also take some of them for priests and for Levites," says the LORD.
  2. "For just as the new heavens and the new earth Which I make will endure before Me," declares the LORD, "So your offspring and your name will endure.
  3. "And it shall be from new moon to new moon And from sabbath to sabbath, All mankind will come to bow down before Me," says the LORD.
  4. "Then they will go forth and look On the corpses of the men Who have transgressed against Me For their worm will not die And their fire will not be quenched; And they will be an abhorrence to all mankind."
 
   
  irəli  1  . . . 60  61  62  63  64  65  66   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.