|
- Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb!
- Kef çəkənlərin məclisində oturaraq Sevinib coşmadım, Əlin üzərimdə olduğuna görə Tək-tənha oturdum. Çünki məni qəzəblə doldurmuşdun.
- Nə üçün ağrım kəsilməz, Yaram çarəsizdir, Şəfasına ümid yoxdur? Məgər mənim üçün suyu qurumuş, Etibarsız bir vadi olacaqsan?
- Buna görə Rəbb belə deyir: «Əgər sən tövbə etsən, Səni yenə qəbul edib xidmətimə təyin edərəm. Əgər cəfəngiyat danışmaq əvəzinə Qiymətli sözlər söyləsən, O zaman Mənim dilimlə danışacaqsan. Onlar özləri sənə tərəf dönəcək, Amma sən onlara tərəf qayıtmayacaqsan.
- Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir.
|
|