|
- Ölkələri viran ediləcək, Əbədi kinayə hədəfinə çevriləcək. Onda oradan ötən hər kəs Heyrətə gəlib başını bulayacaq.
- Onları səmum küləyi kimi Düşmən önündə pərən-pərən salacağam. Onlara fəlakət günündə Üzümü deyil, arxamı göstərəcəyəm».
- O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».
- Ya Rəbb, mənə yaxşı qulaq as, Mənimlə çəkişənlərin sözünü eşit.
- Yaxşılığın əvəzində pislik edilərmi? Onlar canımı almaq üçün quyu qazır. Unutma, mən önündə ona görə dayanmışam ki, Onlar üçün yaxşı şey istəyim, Onlardan qəzəbini döndərim.
|
|