Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 14  15  16  17  18  19  20  21  22  23  24  25  . . . 52   qeri  
  -1   [font9]   +1  
YEREMYA 20 [Azerbaycan:NASB]   
 
  1. Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi.
  2. Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı.
  3. Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu.
  4. Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək.
  5. Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar.
  1. When Pashhur the priest, the son of Immer, who was chief officer in the house of the LORD, heard Jeremiah prophesying these things,
  2. Pashhur had Jeremiah the prophet beaten and put him in the stocks that were at the upper Benjamin Gate, which was by the house of the LORD.
  3. On the next day, when Pashhur released Jeremiah from the stocks, Jeremiah said to him, "Pashhur is not the name the LORD has called you, but rather Magor-missabib.
  4. "For thus says the LORD, 'Behold, I am going to make you a terror to yourself and to all your friends; and while your eyes look on, they will fall by the sword of their enemies So I will give over all Judah to the hand of the king of Babylon, and he will carry them away as exiles to Babylon and will slay them with the sword.
  5. 'I will also give over all the wealth of this city, all its produce and all its costly things; even all the treasures of the kings of Judah I will give over to the hand of their enemies, and they will plunder them, take them away and bring them to Babylon.
 
 
  1. Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».
  2. Ya Rəbb, Sən məni məcbur etdin, Mən də məcbur oldum. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, Hər kəs mənimlə əylənir.
  3. Çünki mən danışmağa başlayan kimi Fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü Mən bütün gün rüsvay oldum, Təhqir edildim.
  4. Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm.
  5. Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər.
  1. 'And you, Pashhur, and all who live in your house will go into captivity; and you will enter Babylon, and there you will die and there you will be buried, you and all your friends to whom you have falsely prophesied.'"
  2. O LORD, You have deceived me and I was deceived; You have overcome me and prevailed I have become a laughingstock all day long; Everyone mocks me.
  3. For each time I speak, I cry aloud; I proclaim violence and destruction, Because for me the word of the LORD has resulted In reproach and derision all day long.
  4. But if I say, "I will not remember Him Or speak anymore in His name," Then in my heart it becomes like a burning fire Shut up in my bones; And I am weary of holding it in, And I cannot endure it.
  5. For I have heard the whispering of many, "Terror on every side! Denounce him; yes, let us denounce him!" All my trusted friends, Watching for my fall, say: "Perhaps he will be deceived, so that we may prevail against him And take our revenge on him."
 
 
  1. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq.
  2. Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, Fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın Qisası görsün! Çünki işimi Sənə tapşırdım.
  3. Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri Zalımların əlindən qurtardı.
  4. Doğulduğum gün lənətə gəlsin! Anamın məni doğduğu günə Bir daş düşsün!
  5. Atamı çox sevindirərək «Bir oğlan uşağın oldu!» Deyə müjdə verən adam Lənətə gəlsin.
  1. But the LORD is with me like a dread champion; Therefore my persecutors will stumble and not prevail They will be utterly ashamed, because they have failed, With an everlasting disgrace that will not be forgotten.
  2. Yet, O LORD of hosts, You who test the righteous, Who see the mind and the heart; Let me see Your vengeance on them; For to You I have set forth my cause.
  3. Sing to the LORD, praise the LORD! For He has delivered the soul of the needy one From the hand of evildoers.
  4. Cursed be the day when I was born; Let the day not be blessed when my mother bore me!
  5. Cursed be the man who brought the news To my father, saying, "A baby boy has been born to you!" And made him very happy.
 
 
  1. Qoy o adam Rəbbin Yazığı gəlməyib dağıtdığı Şəhərlər kimi olsun! Səhər fəryad, Günorta nalə eşitsin.
  2. Çünki bətndə ikən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı, Bətni daim hamilə qalardı.
  3. Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?
  1. But let that man be like the cities Which the LORD overthrew without relenting, And let him hear an outcry in the morning And a shout of alarm at noon;
  2. Because he did not kill me before birth, So that my mother would have been my grave, And her womb ever pregnant.
  3. Why did I ever come forth from the womb To look on trouble and sorrow, So that my days have been spent in shame?
 
   
  irəli  1  . . . 14  15  16  17  18  19  20  21  22  23  24  25  . . . 52   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.