Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 20  21  22  23  24  25  26  27  28  29  30  31  . . . 52   qeri  
  -1   [font9]   +1  
YEREMYA 26 [Azerbaycan:Russian]   
 
  1. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu:
  2. «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə.
  3. Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”.
  4. Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız,
  5. dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman
  1. В начале царствования Иоакима, сына Иосии, царя Иудейского, было такое слово от Господа:
  2. так говорит Господь: стань на дворе дома Господня и скажи ко всем городам Иудеи, приходящим на поклонение в дом Господень, все те слова, какие повелю тебе сказать им; не убавь ни слова.
  3. Может быть, они послушают и обратятся каждый от злого пути своего, и тогда Я отменю то бедствие, которое думаю сделать им за злые деяния их.
  4. И скажи им: так говорит Господь: если вы не послушаетесь Меня в том, чтобы поступать по закону Моему, который Я дал вам,
  5. чтобы внимать словам рабов Моих, пророков, которых Я посылаю к вам, посылаю с раннего утра, и которых вы не слушаете, --
 
 
  1. bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».
  2. Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi.
  3. Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən.
  4. Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.
  5. Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu.
  1. то с домом сим Я сделаю то же, что с Силомом, и город сей предам на проклятие всем народам земли.
  2. Священники и пророки и весь народ слушали Иеремию, когда он говорил сии слова в доме Господнем.
  3. И когда Иеремия сказал все, что Господь повелел ему сказать всему народу, тогда схватили его священники и пророки и весь народ, и сказали: 'ты должен умереть;
  4. зачем ты пророчествуешь именем Господа и говоришь: дом сей будет как Силом, и город сей опустеет, [останется] без жителей?' И собрался весь народ против Иеремии в доме Господнем.
  5. Когда услышали об этом князья Иудейские, то пришли из дома царя к дому Господню и сели у входа в новые ворота [дома] Господня.
 
 
  1. O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi».
  2. Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim.
  3. İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək.
  4. Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin.
  5. Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım».
  1. Тогда священники и пророки так сказали князьям и всему народу: 'смертный приговор этому человеку! потому что он пророчествует против города сего, как вы слышали своими ушами'.
  2. И сказал Иеремия всем князьям и всему народу: 'Господь послал меня пророчествовать против дома сего и против города сего все те слова, которые вы слышали;
  3. итак исправьте пути ваши и деяния ваши и послушайтесь гласа Господа Бога вашего, и Господь отменит бедствие, которое изрек на вас;
  4. а что до меня, вот--я в ваших руках; делайте со мною, что в глазах ваших покажется хорошим и справедливым;
  5. только твердо знайте, что если вы умертвите меня, то невинную кровь возложите на себя и на город сей и на жителей его; ибо истинно Господь послал меня к вам сказать все те слова в уши ваши'.
 
 
  1. Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı».
  2. Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi:
  3. «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”.
  4. Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».
  5. Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi.
  1. Тогда князья и весь народ сказали священникам и пророкам: 'этот человек не подлежит смертному приговору, потому что он говорил нам именем Господа Бога нашего'.
  2. И из старейшин земли встали некоторые и сказали всему народному собранию:
  3. 'Михей Морасфитянин пророчествовал во дни Езекии, царя Иудейского, и сказал всему народу Иудейскому: так говорит Господь Саваоф: Сион будет вспахан, как поле, и Иерусалим сделается грудою развалин, и гора дома сего--лесистым холмом.
  4. Умертвили ли его за это Езекия, царь Иудейский, и весь Иуда? Не убоялся ли он Господа и не умолял ли Господа? и Господь отменил бедствие, которое изрек на них; а мы хотим сделать большое зло душам нашим?
  5. Пророчествовал также именем Господа некто Урия, сын Шемаии, из Кариаф-Иарима, --и пророчествовал против города сего и против земли сей точно такими же словами, как Иеремия.
 
 
  1. Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı.
  2. Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi.
  3. Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı.
  4. Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu.
  1. Когда услышал слова его царь Иоаким и все вельможи его и все князья, то искал царь умертвить его. Услышав об этом, Урия убоялся и убежал, и удалился в Египет.
  2. Но царь Иоаким и в Египет послал людей: Елнафана, сына Ахборова, и других с ним.
  3. И вывели Урию из Египта и привели его к царю Иоакиму, и он умертвил его мечом и бросил труп его, где были простонародные гробницы.
  4. Но рука Ахикама, сына Сафанова, была за Иеремию, чтобы не отдавать его в руки народа на убиение'.
 
   
  irəli  1  . . . 20  21  22  23  24  25  26  27  28  29  30  31  . . . 52   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.