|
- Bir gün gələcək ki, Efrayimin dağlıq bölgəsində Keşikçilər “qalxın, Siona, Allahımız Rəbbin yanına çıxaq” Deyə qışqıracaq».
- Rəbb belə deyir: «Yaqubu sevinclə tərənnüm edin, Millətlərin başçısı üçün səs qaldırın! Ucadan həmd edib bildirin! “Ya Rəbb, xalqını, İsraildən sağ qalanları xilas et!” deyin.
- Mən onları şimal ölkəsindən qaytaracağam, Dünyanın uzaq yerlərindən toplayacağam. Aralarında kor, topal, Hamilə və doğan qadın da olacaq. Böyük bir camaat olub buraya qayıdacaqlar.
- Onlar ağlaya-ağlaya gələcək, Yalvardıqları zaman Onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca Büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur.
- Ey millətlər, Rəbbin sözünü eşidin, Uzaqlardakı adalarda elan edib deyin: “İsraili səpələyən onu bir yerə toplayacaq, Sürüsünü qoruyan çoban kimi Onu qoruyacaq”.
|
|