|
- Onun muzdlu əsgərləri də Bəslənmiş dana kimidir. Onlar üz çevirib birlikdə qaçdı, Yerlərində durmadı. Çünki fəlakətlərinin günü, Cəzalarının vaxtı gəlmişdi.
- Sürünən ilan kimi fışıltıları gəlir, Çünki ordu ilə irəliləyirlər, Ağac kəsənlər kimi ona qarşı Balta ilə gəlirlər.
- Keçilməz olsa da, Yenə meşəni kəsəcəklər” Rəbb belə bəyan edir. “Çünki onlar çəyirtkələrdən çoxdur, Hesaba gəlməzlər.
- Misir utandırılacaq, Şimal xalqına təslim ediləcək”.
- İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam.
|
|