Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 41  42  43  44  45  46  47  48  49  50  51  52   qeri  
  -1   [font9]   +1  
YEREMYA 47 [Azerbaycan]   
 
  1. Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:
  2. «Rəbb belə deyir: “Budur, şimaldan sular qalxır, Onlar sel kimi daşacaq, Ölkənin və oradakı hər şeyin, Şəhərin və orada yaşayanların üstünə axacaq. İnsanlar fəryad edəcək, O ölkədə yaşayanların hamısı nalə çəkəcək.
  3. Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır.
  4. Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək.
  5. Qəzzə saçını yolacaq, Aşqelon susdurulacaq. Ey düzənliklərində sağ qalanlar, Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?
 
 
  1. ‹Ey Rəbbin qılıncı, Nə vaxt sakitləşəcəksən? Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.
  2. Rəbb əmr etdiyi halda Qılınc necə susa bilər? Rəbb onu oraya – Aşqelona, Dəniz sahilinə qarşı göndərdi”».
 
   
  irəli  1  . . . 41  42  43  44  45  46  47  48  49  50  51  52   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.