- О сыновьях Аммоновых так говорит Господь: разве нет сыновей у Израиля? разве нет у него наследника? Почему же Малхом завладел Гадом, и народ его живет в городах его?
- Посему вот, наступают дни, говорит Господь, когда в Равве сыновей Аммоновых слышен будет крик брани, и сделается она грудою развалин, и города ее будут сожжены огнем, и овладеет Израиль теми, которые владели им, говорит Господь.
- Рыдай, Есевон, ибо опустошен Гай; кричите, дочери Раввы, опояшьтесь вретищем, плачьте и скитайтесь по огородам, ибо Малхом пойдет в плен вместе со священниками и князьями своими.
- Что хвалишься долинами? Потечет долина твоя кровью, вероломная дочь, надеющаяся на сокровища свои, [говорящая]: 'кто придет ко мне?'
- Вот, Я наведу на тебя ужас со всех окрестностей твоих, говорит Господь Бог Саваоф; разбежитесь, кто куда, и никто не соберет разбежавшихся.
|
- Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu? Onun varisi yoxmu? Elə isə nə üçün Milkom Qada sahib oldu? Niyə onun xalqı Qad şəhərlərində yaşayır?
- Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir.
- «Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək.
- Vadilərlə nə üçün öyünürsən? Taqətin kəsilir, Ey dönük qız! Sən mal-dövlətinə güvənərək “Üstümə kim gələ bilər” deyirdin.
- Ətrafında olanların hamısından Sənin üzərinə dəhşət gətirəcəyəm» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Hamı o yan-bu yana qaçacaq, Qaçanları toplayan olmayacaq.
|