Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5   qeri  
  -1   [font9]   +1  
MƏRSİYƏLƏR 2 [Azerbaycan:Russian]   
 
  1. Xudavənd Sion qızına qəzəblənərkən Onu hər tərəfdən qara bulud aldı. İsrailin əzəmətini göydən yerə tulladı, Qəzəbləndiyi gün kətilini xatirindən çıxardı.
  2. Xudavənd aman vermədən Yaqub nəslinin bütün məskənlərini dağıtdı, Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı, Padşahlığı, başçıları yerlə yeksan etdi.
  3. Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı.
  4. Düşmən kimi kamanının yayını dartdı, Yağı kimi sağ əlini qaldırdı, Gözə xoş görünənləri tamamilə öldürdü. Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.
  5. Xudavənd İsraili uddu, Onunla düşmən kimi rəftar etdi. Bütün saraylarını yerlə yeksan etdi, Qalalarını viran qoydu, Yəhudanın fəryadını, fəğanını daha da artırdı.
  1. Как помрачил Господь во гневе Своем дщерь Сиона! с небес поверг на землю красу Израиля и не вспомнил о подножии ног Своих в день гнева Своего.
  2. Погубил Господь все жилища Иакова, не пощадил, разрушил в ярости Своей укрепления дщери Иудиной, поверг на землю, отверг царство и князей его, как нечистых:
  3. в пылу гнева сломил все роги Израилевы, отвел десницу Свою от неприятеля и воспылал в Иакове, как палящий огонь, пожиравший все вокруг;
  4. натянул лук Свой, как неприятель, направил десницу Свою, как враг, и убил все, вожделенное для глаз; на скинию дщери Сиона излил ярость Свою, как огонь.
  5. Господь стал как неприятель, истребил Израиля, разорил все чертоги его, разрушил укрепления его и распространил у дщери Иудиной сетование и плач.
 
 
  1. Çardağını viranə bağlar tək qırıb tökdü, Görüş yerlərini xarabalığa çevirdi, Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu, Qəzəbi ilə padşahını, kahinini atdı.
  2. Xudavənd qurbangahını rədd etdi, Müqəddəs məkanını tərk etdi. Saraylarının sədlərini düşmən əlinə keçirtdi, Onlar bayram günlərində olduğu kimi Rəbbin məbədində haray qopardı.
  3. Rəbb niyyət etdi ki, Sion qızının divarlarını dağıtsın. Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək. Qala divarını, səddini, matəmə bürüyüb, Hamısı qüvvələrini itirib.
  4. Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.
  5. Sion qızının ağsaqqalları susub-dinmir, Onlar toz-torpaq içində əyləşib, Başlarına toz töküb, çul geyib, Yerusəlimin bakirə qızları başlarını yerə dikib.
  1. И отнял ограду Свою, как у сада; разорил Свое место собраний, заставил Господь забыть на Сионе празднества и субботы; и в негодовании гнева Своего отверг царя и священника.
  2. Отверг Господь жертвенник Свой, отвратил сердце Свое от святилища Своего, предал в руки врагов стены чертогов его; в доме Господнем они шумели, как в праздничный день.
  3. Господь определил разрушить стену дщери Сиона, протянул вервь, не отклонил руки Своей от разорения; истребил внешние укрепления, и стены вместе разрушены.
  4. Ворота ее вдались в землю; Он разрушил и сокрушил запоры их; царь ее и князья ее--среди язычников; не стало закона, и пророки ее не сподобляются видений от Господа.
  5. Сидят на земле безмолвно старцы дщери Сионовой, посыпали пеплом свои головы, препоясались вретищем; опустили к земле головы свои девы Иерусалимские.
 
 
  1. Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.
  2. Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər, Ana qucağında can verirlər. Analarından soruşurlar: «Hanı çörək, hanı şərab?»
  3. Ey Yerusəlim qızı, sənə nə deyim? Səni kimlə müqayisə edim? Ey bakirə Sion qızı, səni kimə bənzədim? Bununla mən sənə təsəlli verə bilim? Çünki yaran dəniz qədər dərindir, Sənə kim şəfa verə bilər?
  4. Sənin üçün görülən görüntülər yalan oldu, Peyğəmbərlərin səni aldatdı. Firavanlığını sənə qaytarmaq üçün Təqsirlərini üzə çıxartmadılar, Amma bu peyğəmbərlər səni azdırdı, Sənin üçün yalandan görüntülər gördü.
  5. Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»
  1. Истощились от слез глаза мои, волнуется во мне внутренность моя, изливается на землю печень моя от гибели дщери народа моего, когда дети и грудные младенцы умирают от голода среди городских улиц.
  2. Матерям своим говорят они: 'где хлеб и вино?', умирая, подобно раненым, на улицах городских, изливая души свои в лоно матерей своих.
  3. Что мне сказать тебе, с чем сравнить тебя, дщерь Иерусалима? чему уподобить тебя, чтобы утешить тебя, дева, дщерь Сиона? ибо рана твоя велика, как море; кто может исцелить тебя?
  4. Пророки твои провещали тебе пустое и ложное и не раскрывали твоего беззакония, чтобы отвратить твое пленение, и изрекали тебе откровения ложные и приведшие тебя к изгнанию.
  5. Руками всплескивают о тебе все проходящие путем, свищут и качают головою своею о дщери Иерусалима, говоря: 'это ли город, который называли совершенством красоты, радостью всей земли?'
 
 
  1. Bütün düşmənlərin səni ələ salır, Fitə basır, diş qıcıdır, «Onu udduq, Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.
  2. Rəbb Öz iradəsini yerinə yetirdi, Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi. Səni viran qoydu, aman vermədi, Düşmənlərini sənin halına sevindirdi, Yağılarını gücləndirdi.
  3. Xalq Xudavəndə ürəkdən fəryad etdi, Ey Sion qızının divarı! Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın, Dincəlmə, aç gözlərini, yumulmasın.
  4. Qalx, gecə fəryad etməyə, Gecə növbələri başlayarkən Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök. Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə, Onlar hər tin başında acından huşunu itirir.
  5. Ya Rəbb, indi bax, xalqının halını gör! Kiminlə belə rəftar etmisən? Analar uşaqlarını, əziz balalarınımı yesin? Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?
  1. Разинули на тебя пасть свою все враги твои, свищут и скрежещут зубами, говорят: 'поглотили мы его, только этого дня и ждали мы, дождались, увидели!'
  2. Совершил Господь, что определил, исполнил слово Свое, изреченное в древние дни, разорил без пощады и дал врагу порадоваться над тобою, вознес рог неприятелей твоих.
  3. Сердце их вопиет к Господу: стена дщери Сиона! лей ручьем слезы день и ночь, не давай себе покоя, не спускай зениц очей твоих.
  4. Вставай, взывай ночью, при начале каждой стражи; изливай, как воду, сердце твое пред лицем Господа; простирай к Нему руки твои о душе детей твоих, издыхающих от голода на углах всех улиц.
  5. 'Воззри, Господи, и посмотри: кому Ты сделал так, чтобы женщины ели плод свой, младенцев, вскормленных ими? чтобы убиваемы были в святилище Господнем священник и пророк?
 
 
  1. Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır. Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir. Qəzəbləndiyin gün onları qətlə çatdırmısan, Aman vermədən qırmısan.
  2. Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.
  1. Дети и старцы лежат на земле по улицам; девы мои и юноши мои пали от меча; Ты убивал их в день гнева Твоего, заколал без пощады.
  2. Ты созвал отовсюду, как на праздник, ужасы мои, и в день гнева Господня никто не спасся, никто не уцелел; тех, которые были мною вскормлены и вырощены, враг мой истребил'.
 
   
  irəli  1  2  3  4  5   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.