Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5   qeri  
  -1   [font9]   +1  
MƏRSİYƏLƏR 5 [Azerbaycan:NIV]   
 
  1. Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.
  2. İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.
  3. Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı.
  4. Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq.
  5. Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar.
  1. Remember, O LORD, what has happened to us; look, and see our disgrace.
  2. Our inheritance has been turned over to aliens, our homes to foreigners.
  3. We have become orphans and fatherless, our mothers like widows.
  4. We must buy the water we drink; our wood can be had only at a price.
  5. Those who pursue us are at our heels; we are weary and find no rest.
 
 
  1. Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.
  2. Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi.
  3. Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.
  4. Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq.
  5. Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir.
  1. We submitted to Egypt and Assyria to get enough bread.
  2. Our fathers sinned and are no more, and we bear their punishment.
  3. Slaves rule over us, and there is none to free us from their hands.
  4. We get our bread at the risk of our lives because of the sword in the desert.
  5. Our skin is hot as an oven, feverish from hunger.
 
 
  1. Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
  2. Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.
  3. Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.
  4. Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.
  5. Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib.
  1. Women have been ravished in Zion, and virgins in the towns of Judah.
  2. Princes have been hung up by their hands; elders are shown no respect.
  3. Young men toil at the millstones; boys stagger under loads of wood.
  4. The elders are gone from the city gate; the young men have stopped their music.
  5. Joy is gone from our hearts; our dancing has turned to mourning.
 
 
  1. Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik.
  2. Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,
  3. Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.
  4. Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
  5. Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
  1. The crown has fallen from our head. Woe to us, for we have sinned!
  2. Because of this our hearts are faint, because of these things our eyes grow dim
  3. for Mount Zion, which lies desolate, with jackals prowling over it.
  4. You, O LORD, reign forever; your throne endures from generation to generation.
  5. Why do you always forget us? Why do you forsake us so long?
 
 
  1. Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!
  2. Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən?
  1. Restore us to yourself, O LORD, that we may return; renew our days as of old
  2. unless you have utterly rejected us and are angry with us beyond measure.
 
   
  irəli  1  2  3  4  5   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.