Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 14   qeri  
  -1   [font9]   +1  
HUŞƏ 5 [Azerbaycan:NASB]   
 
  1. Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz.
  2. Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma Mən onların hamısını cəzalandıracağam.
  3. Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb.
  4. Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar.
  5. İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır.
  1. Hear this, O priests! Give heed, O house of Israel! Listen, O house of the king! For the judgment applies to you, For you have been a snare at Mizpah And a net spread out on Tabor.
  2. The revolters have gone deep in depravity, But I will chastise all of them.
  3. I know Ephraim, and Israel is not hidden from Me; For now, O Ephraim, you have played the harlot, Israel has defiled itself.
  4. Their deeds will not allow them To return to their God. For a spirit of harlotry is within them, And they do not know the LORD.
  5. Moreover, the pride of Israel testifies against him, And Israel and Ephraim stumble in their iniquity; Judah also has stumbled with them.
 
 
  1. Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi.
  2. Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq.
  3. Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin!
  4. Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
  5. Yəhuda başçıları Sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
  1. They will go with their flocks and herds To seek the LORD, but they will not find Him; He has withdrawn from them.
  2. They have dealt treacherously against the LORD, For they have borne illegitimate children Now the new moon will devour them with their land.
  3. Blow the horn in Gibeah, The trumpet in Ramah Sound an alarm at Beth-aven: "Behind you, Benjamin!"
  4. Ephraim will become a desolation in the day of rebuke; Among the tribes of Israel I declare what is sure.
  5. The princes of Judah have become like those who move a boundary; On them I will pour out My wrath like water.
 
 
  1. Efrayim zülm gördü, Hökm ilə əzildi, Çünki bilə-bilə Boş şeylərin dalınca getdi.
  2. Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam.
  3. Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.
  4. Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
  5. Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».
  1. Ephraim is oppressed, crushed in judgment, Because he was determined to follow man's command.
  2. Therefore I am like a moth to Ephraim And like rottenness to the house of Judah.
  3. When Ephraim saw his sickness, And Judah his wound, Then Ephraim went to Assyria And sent to King Jareb But he is unable to heal you, Or to cure you of your wound.
  4. For I will be like a lion to Ephraim And like a young lion to the house of Judah I, even I, will tear to pieces and go away, I will carry away, and there will be none to deliver.
  5. I will go away and return to My place Until they acknowledge their guilt and seek My face; In their affliction they will earnestly seek Me.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 14   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.