- Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.
- Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.
- Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.
- Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm.
- Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək.
|
- The sword will whirl against their cities, And will demolish their gate bars And consume them because of their counsels.
- So My people are bent on turning from Me. Though they call them to the One on high, None at all exalts Him.
- How can I give you up, O Ephraim? How can I surrender you, O Israel? How can I make you like Admah? How can I treat you like Zeboiim? My heart is turned over within Me, All My compassions are kindled.
- I will not execute My fierce anger; I will not destroy Ephraim again For I am God and not man, the Holy One in your midst, And I will not come in wrath.
- They will walk after the LORD, He will roar like a lion; Indeed He will roar And His sons will come trembling from the west.
|