|
- Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq.
- Görücülər rüsvay olacaq, Falçılar biabır olacaq, Onların hamısı bundan utanıb susacaq, Çünki Allahdan cavab olmayacaq.
- Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram.
- Bunu dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Siz ədalətə nifrət edirsiniz, Hər cür düzlüyü əyriyə çevirirsiniz.
- Sionu qan bahasına bina edirsiniz, Yerusəlimi haqsızlıq üzərində tikirsiniz.
|
|