Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3   qeri  
  -1   [font9]   +1  
HABAQQUQ 3 [Azerbaycan:NIV]   
 
  1. Peyğəmbər Habaqququn duası, Şiqqayonlar kökü üstündə.
  2. Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla!
  3. Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Sela Ehtişamı göyü bürüdü, Yer üzü Ona edilən həmd-sənalarla doldu.
  4. Cah-calalı günəş tək parıldayır, Əlindən nur tökülür, Qüdrəti əlində gizli saxlanılıb.
  5. Vəba Onun önündə gedir, Ölümcül xəstəlik arxasınca gəlir.
  1. A prayer of Habakkuk the prophet. On shigionoth .
  2. LORD, I have heard of your fame; I stand in awe of your deeds, O LORD. Renew them in our day, in our time make them known; in wrath remember mercy.
  3. God came from Teman, the Holy One from Mount Paran. Selah His glory covered the heavens and his praise filled the earth.
  4. His splendor was like the sunrise; rays flashed from his hand, where his power was hidden.
  5. Plague went before him; pestilence followed his steps.
 
 
  1. O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir.
  2. Gördüm ki, Kuşan çadırları əziyyət altındadır, Midyan çadırlarının pərdələri lərzəyə gəldi.
  3. Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən?
  4. Yayını açdın, Oxdanını oxlarla doldurdun. Sela Yer üzünü çaylarla yardın.
  5. Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı.
  1. He stood, and shook the earth; he looked, and made the nations tremble. The ancient mountains crumbled and the age-old hills collapsed. His ways are eternal.
  2. I saw the tents of Cushan in distress, the dwellings of Midian in anguish.
  3. Were you angry with the rivers, O LORD ? Was your wrath against the streams? Did you rage against the sea when you rode with your horses and your victorious chariots?
  4. You uncovered your bow, you called for many arrows. Selah You split the earth with rivers;
  5. the mountains saw you and writhed. Torrents of water swept by; the deep roared and lifted its waves on high.
 
 
  1. Uçan oxlarının qığılcımından, İşıldayan nizənin parıltısından Günəş və ay yerlərində durdu.
  2. Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın.
  3. Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyinin xilası üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun. Sela
  4. Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi.
  5. Sən Öz atlarınla dənizi tapdaladın, Coşğun suları köpüklətdin.
  1. Sun and moon stood still in the heavens at the glint of your flying arrows, at the lightning of your flashing spear.
  2. In wrath you strode through the earth and in anger you threshed the nations.
  3. You came out to deliver your people, to save your anointed one. You crushed the leader of the land of wickedness, you stripped him from head to foot. Selah
  4. With his own spear you pierced his head when his warriors stormed out to scatter us, gloating as though about to devour the wretched who were in hiding.
  5. You trampled the sea with your horses, churning the great waters.
 
 
  1. Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.
  2. Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da,
  3. Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam!
  4. Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı marallar kimi çevik edir, Zirvələrimdə məni gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.
  1. I heard and my heart pounded, my lips quivered at the sound; decay crept into my bones, and my legs trembled. Yet I will wait patiently for the day of calamity to come on the nation invading us.
  2. Though the fig tree does not bud and there are no grapes on the vines, though the olive crop fails and the fields produce no food, though there are no sheep in the pen and no cattle in the stalls,
  3. yet I will rejoice in the LORD, I will be joyful in God my Savior.
  4. The Sovereign LORD is my strength; he makes my feet like the feet of a deer, he enables me to go on the heights. For the director of music. On my stringed instruments.
 
   
  irəli  1  2  3   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.