|
- Amma qullarım peyğəmbərlərə əmr etdiyim Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?” Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”».
- Daranın hakimiyyətinin ikinci ilində, on birinci ay olan Şevat ayının iyirmi dördüncü günü İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu:
- gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi.
- Mən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk dedi: «Bunların nə olduğunu sənə göstərəcəyəm».
- Mərsin ağacları arasında duran adam cavab verdi: «Bunları dünyanı dolaşmaq üçün Rəbb göndərib».
|
|