|
- Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi:
- «Ordular Rəbbi belə deyir: “Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.
- Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın! Çünki onlar gələcək hadisələrin əlamətidir. Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.
- Yeşuanın önünə qoyduğum daşa baxın! O tək daşın yeddi gözü var. Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi, «Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.
- O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq» Bəyan edir Ordular Rəbbi.
|
|