Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 14   qeri  
  -1   [font9]   +1  
ZƏKƏRİYYƏ 3 [Azerbaycan]   
 
  1. Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı.
  2. Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?»
  3. O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı.
  4. Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm».
  5. Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.
 
 
  1. Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi:
  2. «Ordular Rəbbi belə deyir: “Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.
  3. Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın! Çünki onlar gələcək hadisələrin əlamətidir. Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.
  4. Yeşuanın önünə qoyduğum daşa baxın! O tək daşın yeddi gözü var. Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi, «Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.
  5. O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq» Bəyan edir Ordular Rəbbi.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 14   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.