- Foreigners will occupy Ashdod, and I will cut off the pride of the Philistines.
- I will take the blood from their mouths, the forbidden food from between their teeth. Those who are left will belong to our God and become leaders in Judah, and Ekron will be like the Jebusites.
- But I will defend my house against marauding forces. Never again will an oppressor overrun my people, for now I am keeping watch.
- Rejoice greatly, O Daughter of Zion! Shout, Daughter of Jerusalem! See, your king comes to you, righteous and having salvation, gentle and riding on a donkey, on a colt, the foal of a donkey.
- I will take away the chariots from Ephraim and the war-horses from Jerusalem, and the battle bow will be broken. He will proclaim peace to the nations. His rule will extend from sea to sea and from the River to the ends of the earth.
|
- Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam.
- Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq.
- Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.
- Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir.
- Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
|