Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14   qeri  
  -1   [font9]   +1  
ZƏKƏRİYYƏ 12 [Azerbaycan:NASB]   
 
  1. Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:
  2. «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq.
  3. O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək.
  4. O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm.
  5. Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.
  1. The burden of the word of the LORD concerning Israel. Thus declares the LORD who stretches out the heavens, lays the foundation of the earth, and forms the spirit of man within him,
  2. "Behold, I am going to make Jerusalem a cup that causes reeling to all the peoples around; and when the siege is against Jerusalem, it will also be against Judah.
  3. "It will come about in that day that I will make Jerusalem a heavy stone for all the peoples; all who lift it will be severely injured And all the nations of the earth will be gathered against it.
  4. "In that day," declares the LORD, "I will strike every horse with bewilderment and his rider with madness. But I will watch over the house of Judah, while I strike every horse of the peoples with blindness.
  5. "Then the clans of Judah will say in their hearts, 'A strong support for us are the inhabitants of Jerusalem through the LORD of hosts, their God.'
 
 
  1. O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.
  2. Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın.
  3. Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq.
  4. O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam.
  5. Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək.
  1. "In that day I will make the clans of Judah like a firepot among pieces of wood and a flaming torch among sheaves, so they will consume on the right hand and on the left all the surrounding peoples, while the inhabitants of Jerusalem again dwell on their own sites in Jerusalem.
  2. "The LORD also will save the tents of Judah first, so that the glory of the house of David and the glory of the inhabitants of Jerusalem will not be magnified above Judah.
  3. "In that day the LORD will defend the inhabitants of Jerusalem, and the one who is feeble among them in that day will be like David, and the house of David will be like God, like the angel of the LORD before them.
  4. "And in that day I will set about to destroy all the nations that come against Jerusalem.
  5. "I will pour out on the house of David and on the inhabitants of Jerusalem, the Spirit of grace and of supplication, so that they will look on Me whom they have pierced; and they will mourn for Him, as one mourns for an only son, and they will weep bitterly over Him like the bitter weeping over a firstborn.
 
 
  1. O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq.
  2. Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı,
  3. Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq.
  4. Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq.
  1. "In that day there will be great mourning in Jerusalem, like the mourning of Hadadrimmon in the plain of Megiddo.
  2. "The land will mourn, every family by itself; the family of the house of David by itself and their wives by themselves; the family of the house of Nathan by itself and their wives by themselves;
  3. the family of the house of Levi by itself and their wives by themselves; the family of the Shimeites by itself and their wives by themselves;
  4. all the families that remain, every family by itself and their wives by themselves.
 
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.